Fabreqas: "Barselona"ya qol vursam..."

Fabreqas: "Barselona"ya qol vursam..."

"Barselona”nı mübarizədən kənarlaşdırmağa gücümüz çatar. Biz hamını təəccübləndirməyə hazırıq”.

 

 

Fanat.Az xəbər verir ki, bu sözləri "Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas deyib. "Zadəganlar” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Barselonaya səfər edəcək.

 

Martın 14-də baş tutacaq matçla bağlı fikirlərini bölüşən Fabreqas Londonda qeydə alınan 1:1 hesabına baxmayaraq, "Çelsi”nin 1/4 finala yüksələcəyinə ümidlidi: "Şansımızın olmadığını düşünənlərlə razılaşmıram. "Çelsi”nin gücünü hər kəsə göstərməliyik. "Nou Kamp”da qol vursam, bunu bayram edib-etməyəcəyimi deyə bilmərəm. Topu tora göndərsəm, həmin an qərar verəcəm. Amma qol sevincini xüsusi canfəşalıqla qeyd etmək istəməzdim”.

 

Qeyd edəkki, Fabreqas 2011-2014 aralığında "Barselona”da oynayıb.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər