"Everton" İngiltərə millisinin üzvünün transferini açıqladı

"Everton" İngiltərə millisinin üzvünün transferini açıqladı

İngiltərə Premyer Liqası təmsilçisi "Everton" Dele Allinin transferini açıqlayıb.

Fanat.Az xəbər verir ki, klub futbolçu ilə 2024-cü ilə qədər müqavilə bağladığını bildirib. 

2015-ci ilin fevralında transfer olunduğu "Tottenhem"də meydana çıxdığı 269 matçda 67 qola imza atan İngiltərə millisinin üzvü çərşənbə axşamı "Nyukasl"la matçında debüt edəcəyi gözlənilir.

"Everton" bir neçə gün öncə baş məşqçi Frank Lempardla da müqavilə bağlamışdı.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər