PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi Afrikada 2025-ci ilin ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu şəxsi "X" hesabı üzərindən belə bir paylaşım edib:
"Buna illərlə çəkilən əziyyət, qazandığım uğurlar və yaşadığım unudulmaz anlar hesablna nail oldum. Ailəmə, komanda yoldaşlarıma, meydanda və meydandan kənarda mənimlə hər gün işləyən insanlara minnətdaram. Sizin inamınız, işinizə sədaqətiniz və dəstəyiniz məni daha güclü edir və inkişafıma yardımçı olur.
Bütün Mərakeş xalqına təşəkkür edirəm. Hamısı məni dəstəklədilər. Ümid edirəm ki, bu uğurum ölkəmizdəki və qitədəki bütün uşaqlara özünəinam aşılayacaq, onları arzularının arxasınca yollanmağa səsləyəcək".
Nihat