Əsl futbol başlayır

Əsl futbol başlayır

Sabah Avropanın ən böyük klub turniri - Çempionlar Liqası başlayır. Fanat.az xəbər verir ki, sentyabrın 17-18-də qrup mərhələsində ilk turun oyunları keçiriləcək.

Çempionlar Liqasında 32 klub 8 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki pilləni tutan 16 komanda 1/8 finala vəsiqə qazanacaq. Üçüncü pillədə qərarlaşan 8 klub mübarizəni Avropa Liqasının 1/6 final mərhələsində davam etdirəcək.

Sabah A, B, C və D qruplarında oyunlar baş tutacaq. Azərbaycanda böyük azarkeş kütləsinə sahib olan "Qalatasaray" dünya futbolunun ən böyük klublarından biri olan "Real"ı sınağa çəkəcək. Post-sovert məkanı təmsilçilərindən ÇSKA "Bavariya"nın, "Şaxtyor" "Real Sosyedad"ın qonağı olacaq.

Sentyabrın 18-də E, F, G və H qruplarında ilk turun qarşılaşmaları keçiriləcək. Həmin günün ən maraqlı oyunlarından biri "Napoli" və ötən mövsümün finalçısı "Borussiya" (Dortmund) qarşılaşacaq. "Barselona" "Ayaks"ı qəbul edəcək. Rusiyanın "Zenit" klubu Arda Turanlı "Atletiko"nun qonağı olacaq.

Qeyd edək ki, ilk turun bütün oyunları eyni saatda - Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

17 sentyabr

A qrupu

23.45 Mançester Yunayted (İngiltərə) - Bayer (Almaniya)

23.45 Real Sosyedad (İspaniya) - Şaxtyor (Ukrayna)

B qrupu

23.45 Kopenhagen (Danimarka) - Yuventus (İtaliya)

23.45 Qalatasaray (Türkiyə) - Real (İspaniya)

C qrupu

23.45 Olimpiakos (Yunanıstan) - PSJ (Fransa)

23.45 Benfika (Portuqaliya) - Anderlext (Belçika)

D qrupu

23.45 Bavariya (Almaniya) - ÇSKA (Rusiya)

23.45 Viktoriya (Çexiya)- Mançester Siti (İngiltərə)

18 sentyabr

E qrupu

23.45 Şalke 04 (Almaniya) - Styaua (Rumıniya)

23.45 Çelsi (İngiltərə) - Bazel (İsveçrə)

F qrupu

23.45 Napoli (İtaliya) - Borussiya (Dortmund, Almaniya)

23.45 Olimpik (Marsel, Fransa) - Arsenal (İngiltərə)

G qrupu

23.45 Atletiko (İspaniya) - Zenit (Rusiya)

23.45 Austriya (Avstriya) - Porto (Portuqaliya)

H qrupu

23.45 Milan (İtaliya) - Seltik (Şotlandiya)

23.45 Barselona (İspaniya) - Ayaks (Hollandiya)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər