Erməni klubundan "Real"ın 101 milyonluq ulduzuna transfer təklifi

Erməni klubundan "Real"ın 101 milyonluq ulduzuna transfer təklifi

Rusiya yığmasının sabiq üzvü Roman Pavlyuçenkonu transfer edən Moskvada fəaliyyət göstərən "Ararat" klubunun iştahı artıb. Fanat.Az xəbər verir ki, ermənilərin klubu bu dəfə Qaret Beylə "göz dikib".

Ermənilər Pavlyuçenko ilə birlikdə "Tottenhem"də çıxış etmiş uelsli ulduza təklif göndərdiklərini bildirirlər. Onların təklifində bu sözlər deyilir: "Beyl, bizim kluba gəl. Burda sən Ronaldonun kölgəsində qalmayacaqsan".

Qeyd edək ki, "Real" Beyli "Tottenhem"dən 101 milyon avroya alıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər