Erməni futbolçunun “Atletiko”ya keçidinin qarşısı alındı

Erməni futbolçunun “Atletiko”ya keçidinin qarşısı alındı
Ermənistanın “Mika” klubunun futbolçusu Ayk Qalstyanın İspaniya “Atletiko”sunun yeniyetmələrdən ibarət komandasına keçidinin qarşısı alınıb. Fanat.az xəbər verir ki, bu barədə “Mika”nın mətbuat katibi Aşot Martirosyan news.am-a açıqlama verib.
 
O bildirib ki, Qalstyanın transferi ilə klub rəhbərliyi və futbolçunun atası məşğul olur. “Atletiko”nun bu oyunçunu avqustun 15-də çağıracağı gözlənilsə də, sonradan gözləməsini xahiş ediblər. Lakin heç bir səbəb göstərilməyib: “Ayk yetkinlik yaşına çatmadığından, sənədləşmə işlərinin asanlıqla həlli mümkün deyil. Valideynlərdən biri onunla getməlidi. Bizim futbolçu onların çox xoşuna gəlib. Hazırda gözləmə mövqeyindəyik”.
 
Qalstyanın “Mika” ilə 2014-cü ilədək anlaşması var. Onun keçidi baş tutsa, “Atletiko” Ermənistan klubuna kompensasiya ödəməli olacaq. Lakin Martirosyan məhz kompensasiya üzündən keçidin yubanma variantını təkzib edib: “Bu, ümumi qaydadı və heç bir problem yarada bilməz”.
 
Qeyd edək ki, “Atletiko”nun baş sponsoru Azərbaycan tərəfidir. Bu səbəbdən, klubun formalarının üzərində “Azerbaijan Land of Fire” (“Azərbaycan - Odlar Yurdu”) sözləri yazılıb.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər