Erməni futbolçu 38 milyona transfer olundu

Erməni futbolçu 38 milyona transfer olundu

"Mançester Yunayted" Henrih Mkıtaryanı heyətinə qatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, İngiltərə klubunun Dortmund "Borussiya"sı ilə anlaşdığı iddia olunur.

Məlumata görə, "Mançester Yunayted" erməni futbolçu üçün "Borussiya"ya 38 milyon avro ödəyəcək. Transferin yaxın günlərdə elan edilməsi gözlənilir. 

Qeyd edək ki, 2009-cu ildə "Punik"dən 350 min avroya Donetsk "Metallurq"una keçən Mkıtaryan 2010-cu ildə 5,85 milyon avroya "Şaxtyor"a transfer olunub. "Borussiya" 2013-cü ildə onu 27,5 milyon avro qarşılığında heyətinə qatıb."Transfermarkt" erməni futbolçuya 30 milyon avro qiymət qoyub. Henrix başa çatan mövsümdə 52 rəsmi oyuna çıxaraq 23 qol vurub və 32 qol ötürməsi verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər