Erlinq Holand atasını keçdi

Erlinq Holand atasını keçdi

"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 17-ci turunda "Lids"in qapısına 2 qol vuraraq (3:1) atası Alfa-İnqeni geridə qoyub.

Fanat.Az xəbər verir ki, bununla Erlinq İngiltərə çempionatındakı qol sayını 20-yə çatdırıb.

Ata Holand isə İPL-də 18 dəfə fərqlənə bilib.

Maraqlıdır ki, Alfa-İnqe bu sayda qolu 181 matçda vurubsa, Erlinq 14 qarşılaşmada indiki nəticəsini reallaşdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər