Ərəblər sabiq "Barselona"lını da yola gətirdilər

Ərəblər sabiq "Barselona"lını da yola gətirdilər

"Barselona"nın sabiq idman direktoru, hazırda "Real Betis"də çalışan Ramon Planes iş yerini dəyişmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, 56 yaşlı Planes Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın idman direktoru olacaq. Mənbə tərəflərin artıq razılığa gəldiyini vurğulayıb.

Qeyd edək ki, 18 oyuna 28 xal toplayan "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 7-ci pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər