“Barselona”nın müdafiəçisi İniqo Martines karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Əl-Hilal” ispan futbolçu ilə maraqlanır.
“Barselona” 33 yaşlı müdafiəçi ilə ayrılmaq istəməsə də, yaxşı pul təklif olunarsa, razılaşa bilər.
Martines ötən mövsüm İspaniya La Liqasında 20 oyun keçirib.
“Barselona” yeni mövsümə uğurlu start verib. Kataloniyalılar startda həm “Valensiya"nı, həm də “Atletik”i 2:1 hesabı ilə məğlub ediblər.