İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyn PSJ-yə keçmıyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sports Zone" yayıb.
Mənbənin məlumatına görə, Paris klubunun sahibi Nasser Əl-Xelaifi 29 yaşlı futbolçunun ailəsi ilə görüş keçirib.
PSJ bu yay ingilis futbolçunu transfer etmək istəyir. Yaxın günlərdə komandanın baş məşqçisi vəzifəsini icra edəcək ispaniyalı mütəxəssis Luis Enrike də bu transferi bəyənib.
Keyn uğrunda mübarizədə PSJ-nin əsas rəqibləri "Mançester Yunayted" və "Bayern Münhen"dir.
Keynin "Tottenhem"lə müqaviləsinin müddəti gələn yaya qədərdir. Forvardın transfer qiyməti 90 milyon avrodur.
Mirağa