Enrike ulduz futbolçunun satılmasına razılıq verdi

Enrike ulduz futbolçunun satılmasına razılıq verdi

Fransa çempionu PSJ-də gözlənilməz ayrılıq qərarı gündəmə gəlib.

Fanat.Az L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Paris klubu ilə yeni müqavilə danışıqları çıxılmaza girən Bredli Barkola üçün gələn rəsmi təkliflər dəyərləndiriləcək.

23 yaşlı vinger komandanın ən böyük matçlarında daha çox şans qazanmaq istəsə də, baş məşqçi Luis Enrikenin ona heyətdə bəzi zəmanətlər verməkdən imtina etdiyi məlum olub.

Müqaviləsinin bitməsinə hələ iki il qalan fransalı ulduz gələcəyini başqa klubda görərsə, PSJ rəhbərliyi transfer pəncərəsində onun üçün hər cür asanlığı təmin etməyə hazırdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər