Ən çox qol vuran qapıçı futboldan gedir

Ən çox qol vuran qapıçı futboldan gedir
Dünyanın ən çox qol vuran qapıçısı Rocerio Seni karyerasını bitirmək qərarına gəlib. Fanat.az xəbər verir ki, 41 yaşlı qolkiper bu barədə özü açıqlama verib.
Braziliyada mətbuat konfransı keçirən Seni klubundan yeni müqavilə təklifi aldığını, amma mövsümün sonunda karyerasını bitirmək qərarına gəldiyini bildirib (Braziliyada mövsüm aprel-may aylarında başlayıb, dekabrda bitir). Qolkiper ötən mövsüm zədələr səbəbindən istədiyi kimi oynamadığı, cari mövsümdə isə özünü daha yaxşı və hazır hiss etdiyini deyib. 
Qeyd edək ki, Rocerio Seni 22 yanvar 1973-cü ildə dünyaya gəlib. 1990-cı ildə - 17 yaşında "San Paulo"ya transfer olunan qapıçı 1992-də əsas komandaya cəlb olunub və düz 22 ildi eyni klubun uğurları üçün çalışır. 3 dəfə Braziliya çempionu (2006, 2007, 2008), 3 dəfə San Paulo liqasının qalibi (1998, 2000, 2005) olan 41 yaşlı qapıçı 1993 və 2005-ci illərdə Libertadores Kubokunu başı üzərinə qaldırıb. O, həmçinin "Intercontinental Cup"u (1993), "Recopa Sudamericana"nı (1993, 1994), "Supercopa Sudamericana"nı (1993), "Copa CONMEBOL"u (1994), "Torneio Rio-San Paulo"nu (2001) və "Copa Sudamericana"nı (2012) qazanıb.
Seni 1997-2006-cı illərdə milli komandada 16 oyun keçirib. 1998 və 2002-ci illərdə Braziliya yığması ilə dünya çempionatına qatılıb və sonuncu da kuboku başı üzərinə qaldırıb. Həmçinin 1997-ci ildə FIFA Konfederasiyalar Kubokuna sahib çıxıb. 
Onun uğurları bununla bitmir. Seni karyerası ərzində penalti və cərimə zərbələrindən 114 qola imza atıb və 2008-ci ildə Joze Luis Çilaverti keçərək dünyanın ən çox qol vuran qapıçısı olub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər