Azərbaycanın ən bahalı futbolçusu Rəşad Sadıqovdu. Fanat.az xəbər verir ki, "Transfermarkt" millimizin və "Qarabağ"ın kapitanına 650 min avro qiymət qoyub.
Rəşadı 500 min avro qiymətə millinin qapıçısı Kamran Ağayevlə "Qəbələ"nin müdafiəçisi Rail Məlikov izləyir. Elvin Məmmədov, Əfran İsmayılov və Mahir Şükürova 400 min avro qiymət qoyulub.
300 min avrodan artıq dəyəri olan 15 futbolçumuzu təqdim edirik:
Rəşad Sadıqov (Qarabağ) - 650.000
Kamran Ağayev (Bakı) - 500.000
Rail Məlikov (Qəbələ) - 500.000
Elvin Məmmədov (Bakı) - 400.000
Əfran İsmayılov (Bakı) - 400.000
Mahir Şükürov (Neftçi) - 400.000
Cavid İmamverdiyev (Neftçi) - 350.000
Rahid Əmirquliyev (Xəzər Lənkəran) - 350.000
Cavid Hüseynov (Bakı) - 300.000
Amit Quluzadə (Qəbələ) - 300.000
Maksim Medvedev (Qarabağ) - 300.000
İlqar Qurbanov (Qarabağ) - 300.000
Vüqar Nadirov (Qarabağ) - 300.000
Vaqif Cavadov (İnter) - 300.000
Rəşad Abdullayev (Rəvan) - 300.000
Fanat.az