Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

Niderlandın PSV klubunun hücumçusu Noa Lanq karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, onun xidmətində "Napoli" maraqlıdır. Mənbə Neapol təmsilçisinin Niderland millisinin futbolçusunun transferi ilə bağlı danışıqları müsbət sonluqla yekunlaşdırmaq üzrə olduğunu vurğulayıb.

Qeyd edək ki, Lanq ötən mövsüm PSV forması ilə bütün turnirlərdə 44 matça çıxaraq 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Millinin sıralarında 14 qarşılaşmada iştirak edən 26 yaşlı oyunçu 3 qol və 2 assistlə diqqət mərkəzinə düşüb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər