Emerik Laport "Real Madrid"lə bağlı son qərarını verdi

Emerik Laport "Real Madrid"lə bağlı son qərarını verdi

"Əl-Nəsr"in müdafiəçisi Emerik Laportun  onu cari mövsümün sonuna qədər icarəyə götürmək istəyən "Real Madrid"lə bağlı yekun qərarı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.

Xəbərə görə, Səudiyyə Ərəbistanı təmsilçisində illik 15 milyon avro maaş alan 29 yaşlı ispan "Kral klubu"na keçmək niyyətində deyil. Mənbə Laportun özünü "Əl-Nəsr"də xoşbəxt saydığını və iş yerini dəyişməyi düşünmədiyini vurğulayıb. 

Catırladaq ki, Laport "Əl-Nəsr"ə bu ilin avqustunda, 27,5 milyon avro qarşılığında "Mançester Siti"dən transfer olunub. Onun Ər-Riyad təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı Emerikin transfer qiymətini 25 milyon avro ilə qiymətləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər