Elza Seyidcahan futbolda pul uduzub?

Elza Seyidcahan futbolda pul uduzub?

Əməkdar artist Elza Seyidcahan bir müddət öncə oğlu Əkbərin mərc oyunlarında külli miqdarda pul uduzması xəbərinə aydınlıq gətirib. Fanat.az xəbər verir ki, müğənni “Space” telekanalında yayımlanan “Bazar” verilişinə açıqlamasında övladının qumardan başı çıxmadığını deyib:

“Bu xəbər çıxanda mən Azərbaycanda deyildim. Əkbər dedi ki, ana, görmüsən, nə yazıblar? Mənim oğlum sənətə gəldiyi üçün ona ağ böhtan atıblar. Əkbər heç kart oynamağı bilmir, nəinki mərc oyunlarına pul qoymaq. O, mərcdə nə udub, nə də uduzub. Oğlum xasiyyətcə mənə oxşayıb: nəsə edəndə gizlətmir, etiraf edir ki, ana, bunu etmişəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər