Əliyar Ağayev Ukrayna - Almaniya oyununda

Əliyar Ağayev Ukrayna - Almaniya oyununda
Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, qrup mərhələsinin I turunun ilk oyun gününün hakimləri, hakim-inspektor və UEFA nümayəndələri bəllidi.
 
Təyinatları açıqlanan A və B qrupunun qarşılaşmaları arasında  Azərbaycan yığmasının oyunu da var. Millimizin Portuqaliya ilə görüşünün baş hakimi polşalı Bartoş Frankovski olacaq.
 
Turnirin ilk fitini isə B qrupunun Avstriya ilə Bosniya və Herseqovina arasında matçını idarə edəcək çexiyalı Petr Ardeleanu çalacaq.
 
İlk oyun günündə Azərbaycan təmsilçiləri də iş başında olacaqlar. FİFA hakimlərimizdən Əliyar Ağayev Ukrayna – Almaniya, Orxan Məmmədov isə Belçika – Şotlandiya görüşündə dördüncü hakim olacaq. Ağayevin işinə həmin matçın hakim-inspektoru Asim Xudiyev qiymət verəcək.
 
I tur
B qrupu
14:00. Avstriya – Bosniya və Herseqovina
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı Olimpiya Stadionu
 
17:00. Ukrayna – Almaniya
Baş hakim: Qunnar Yarl Yonsson  (İslandiya)
Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycann)
UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
8-ci km qəsəbə stadionu
 
5 may
A qrupu
19:00. Belçika – Şotlandiya
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Lüdovik Mikallef (Malta)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
8-ci km qəsəbə stadionu
 
20:00. Azərbaycan – Portuqaliya
Baş hakim: Bartoş Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
UEFA nümayəndəsi: Rudolf Zavri (Sloveniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
Bakı Olimpiya Stadionu
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər