Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Anderlext” (Belçika) – "Barselona” (İspaniya) matçını idarə edib.
Sport7.az xəbər verir ki, fit sahibinin idarəçiliyi ilə baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Referi qarşılaşma ərzində 6 dəfə əlini cibinə atıb. Çıxan vərəqələrdən birinin rəngi də qırmızı olub. Belə ki, Ağayev 90+2-ci dəqiqədə "Anderlext”in futbolçusu Orel Manqalanı birbaşa qırmızı vərəqə ilə meydandan qovub.