Əliyar Ağayev Almaniyaya gedir

Əliyar Ağayev Almaniyaya gedir

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.

Fanat.Az xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı I kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.

Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.

Qeyd edək ki, yay kursları iyulun 29-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər