Paraqvay millisinin futbolçusu Antonio Sanabriya oyun zamanı argentinalı superulduz Lionel Messinin çiyninə tüpürmədiyini deyib.
Fanat.Az xəbər verir ki, "TyC Sports" onun dediklərini belə çatdırıb:
"Fotolara baxmışam. Düzdür, elə görünür ki, mən onun üstünə tüpürmüşəm, ancaq bu, həqiqət deyil. Messi uzaqda idi. Ona heç nə olmadı".
Xatırladaq ki, Argentina və Paraqvay milliləri DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində üz-üzə gəliblər. Argentinada baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Nihat