"Əl-Nəsr" Ronaldu ilə "Yuventus"da oynamış ulduzu da aparır

"Əl-Nəsr" Ronaldu ilə "Yuventus"da oynamış ulduzu da aparır

Kriştianu Ronaldunu heyətinə qatan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun daha bir ulduza elçi düşdüyü açıqlanıb.

Fanat.Az  xəbər verir ki, informasiyanı "Calciomercatoweb" yayıb.

Xəbərə görə, ərəblər "Yuventus"un 35 yaşlı yarımmüdafiəçisi Xuan Kuadradonun xidmətində maraqlıdır. Mənbə əsas heyətdəki yerini itirən kolumbiyalının "qoca sinyora"nı tərk etməyə hazır olduğunu vurğulayıb. "Əl-Nəsr" bosslarının artıq futbolçunun özü ilə əlaqə saxladığı və danışıqların davam etdirildiyi bildirilib.

"Əl-Nəsr" Ronaldu ilə "Yuventus"da oynamış ulduzu da aparır

Qeyd edək ki, Quadrado 2015-ci ildən "Yuventus"un formasını geyinir. Xuan 2018-2021-ci illərdə Ronaldu ilə eyni komandanın uğurları üçün çalışıb. Onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər