Əfqanıstanda 10 illik fasilədən sonra ilk dəfə beynəlxalq futbol matçı keçirilib. Fanat.az xəbər verir ki, ölkə yığması Kabul stadionunda Pakistanı qəbul edib.
Oyun əfqanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 20-ci dəqiqədə hücumçu Sancar Əhmədi açıb. 52-ci dəqiqədə Haraş Atefi fərqlənib. Son nöqtəni isə 71-ci dəqiqədə Maruf Mahmudi qoyub.
Qeyd edə ki, Əfqanıstan və Pakistan milliləri sonuncu dəfə 36 il əvvəl elə bu şəhərdə üz-üzə gəliblər.