Eden Hazar "Real Madrid"də qalacaq?

Eden Hazar "Real Madrid"də qalacaq?

Belçika millisinin və "Real Madrid" klubunun hücumameylli yarımmüdafiəçisi Eden Hazar müqaviləsinin müddətinin sonuna qədər İspaniya klubunda qalacaq.

Fanat.Az-ın məlumatına görə, bunu futbolçunun qardaşı Torqan Hazar "ESPN" nəşrinə verdiyi açıqlamasında deyib:

 "Eden "Real Madrid"də xoşbəxtdir. Ailəsi də xoşbəxtdir. Edenin anlaşmasının müddəti 2024-cü ildə başa çatır və düşünürəm ki, o, həmin müddətin sonuna qədər klubda qalacaq”.

Xatırladaq ki, 31 yaşlı futbolçu 2019-cu ildən "Real Madrid" klubunun şərəfini qoruyur.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər