İspaniya La Liqasında IV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Eybar" Madrid "Atletiko"sunu qəbul edib.
Əvvəlki üç oyununda 2 qələbə qazanıb, 1 heç-heçə etmiş futbolçumuzun komandası bu dəfə ilk məğlubiyyətinə üzülüb - 0:2. İsrafilov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Eybar" hazırda 7 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.az