Dünyanın ən sadiq futbolçuları

Dünyanın ən sadiq futbolçuları

Braziliyanın "San Paulo" klubunda 23 il 11 aydı forma geyinən qapıçı Rogerio Seni futbol tarixində müqaviləsi davam edən ən sadiq futbolçu olub. Fanat.az xəbər verir ki, 1990-cı ildən komandanın formasını geyinən qolkiper rəqib qapılarına 52 qol vurub.

"Mançester Yunayted"in yetirməsi olan 40 yaşlı uelsli futbolçu Ryan Giqqz isə 23 il 1 aydı komandanın formasını geyinir. "Qırmızı şeytanlar"la 721 oyuna çıxanr futbolçu 126 qol vurub. İtaliyada futbol deyilincə ağıla gələn ilk isim olan 37 yaşlı Françesko Totti 20 il 11 aydı "Roma"da çıxış edir. Bu müddətdə 666 oyuna çıxan Totti 272 qola imza atıb.

İsveçli yarımmüdafiəçi Henrik Ridstrim 1993-cü ildən top qovduğu "Kalmar"da 20 il 11 ay forma geyinib. Kiyev "Dinamo"sunun yetirməsi Aleksandr Şovkovskinin 20 il 5 aydı formasını geyindiyi klubla müqaviləsi gələn ilin 30 iyununda başa çatacaq. Təcrübəli qapıçı 226 dəfə Kiyev klubunun qapısını qoruyub. 

Yaponiyanın "Urava Red Diamonds" klubunda 19 il 11 aydı çıxış edən Nobuhisa Yamada komandada ən çox oynayan futbolçudu. Gələn ilin 31 dekabrınadək müqaviləsi olan müdafiəçi 15 dəfə Yaponiya yığmasına dəvət alıb.

Cənubi Kiprdən olan Marinos Satsias 1995-ci ildən APOEL-də top qovur. Müqaviləsi gələn ilin 30 iyununda bitəcək 35 yaşlı futbolçu 258 matçda 23 qola imza atıb. Futbolçu karyerasını davam etdirən argentinalı Adelmar Zanetti 18 il 5 aydı İtaliya "İnter"i üçün tər tökür. 792 dəfə komandanın formasını geyinən 40 yaşlı futbolçu 19 qola imza atıb.

Futbola 9 yaşında "Liverpul"da başlayan Stevin Cerrard da dünyanın ən sabiq futbolçularından biridi. 33 yaşlı ulduz 1998-ci ildən "Liverpul"un əsas komandasında çıxış edir. 16 il 5 ayda 440 dəfə qırmızı formanı geyinən Cerrard 100 qol vurub.

"Barselona"nın La Masia futbol məktəbinə 11 yaşında daxil olan və 1997-ci ildən Kataloniya klubunun əsas heyətinə yüksələn Xavi 15 il 15 aydı eyni formaya sabiq qalıb. 2016-cı ilin yayınadək müqaviləsi olan  yarımmüdafiəçi "Barselona"da 709 oyun keçirib və 84 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər