Dünyanı şoka salacaq transfer iddiaları - 220 milyon

Dünyanı şoka salacaq transfer iddiaları - 220 milyon
Azarkeşlərin ulduz futbolçu transferləri gözlədiyi "Arsenal" hələlik susqunluğunu pozmasa da, London klubunun tezliklə transfer bazarını çalxalayacaq keçidlərə imza atacağı deyilir.
Fanat.Az xəbər verir ki, Arsen Vengerin hədəfində olan 4 futbolçunun kimliyi açıqlanıb. İddiaya görə, fransız mütəxəssis Robert Levandovski, Antoine Qrizmann, Riyad Mahrez və Aleksandre Lakazette 
Hazırda "Bavariya"da çıxış edən Robert Levandovski bu komandaya "Borussiya" (Dortmund) müqaviləsi başa çatdıqdan sonra pulsuz keçmişdi. "Transfermarkt" hazırda ona 75 milyon avro qiymət qoyub.
"Atletiko"nun Antoine Qrizmannı "Real Sosyedad"dan 30 milyon avroya almışdı. Hazırda fransız hücumçunun dəyəri 80 milyon avrodu. 
"Lester"in ulduzu Riyad Mahrez üçün "Arsenal"ın 30 milyon funt-sterlinq təklif etdiyi bildirilir. Son İngiltərə çempionu bu futbolçunu 2014-cü ildə "Le Havre"dən 500 min avroya alıb. Hazırda ona 30 milyon avro qiymət qoyulub.
"Arsenal"ın hədəfindəki Aleksandre Lakazette Lion "Olimpik"inin yetirməsidi. Hazırda "Transfermarkt"ın 35 milyon avro qiymət qoyduğu futbolçu üçün Fransa klubunun 70 milyon avro tələb etdiyi deyilir.
Beləliklə, "Transfermarkt"ın bu 4 futbolçu üçün müəyyən etdiyi transfer qiymət ümumilikdə 220 milyon avrodu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər