Dünyanən ən varlı futbolçuları: zirvənin adı dəyişdi

Dünyanən ən varlı futbolçuları: zirvənin adı dəyişdi
Karyerasını davam etdirən ən varlı futbolçuların siyahısı açıqlanıb. Fanat.az xəbər verir ki, ötən illə müqayisədə bu ilki siyahıda dəyişikliklər var.
1. 200 milyon avro dəyərindiki sərvəti ilə ötən il birinci olan Devid Bekhem karyerasını bitirdiyindən siyahını tərk edib. Onun yerini isə Kriştiano Ronaldo tutub. Ötən il 130 milyon avroluq sərvəti ilə Bekhem və Lionel Messidən sonra üçüncü olan "Real"ın ulduzu var-dövlətinin dəyərini 18 milyon avro artırıb - 148 milyon.
2. Ötən mövsüm də ikinci olan Lionel Messi mövqeyini qoruyub. 2013-də 134 milyon avro dəyərində sərvəti olan argentinalı ulduz var-dövlətinin üstünə 12 milyon əlavə edib - 146 milyon.
3. 60 milyon avroluq sərvətini 85 milyona çatdıran Samuel Eto`O 6-cı pillədən 3-cü yerə yüksəlib. Rusiya karyerasını başa vuraraq Avropaya dönən və "Çelsi" ilə anlaşan kamerunlu ulduzun da siyahıdakı digər futbolçular kimi dünyanın ən məşhur markaları ilə sponsorluq müqavilələri var. 
4. Dördüncü pilləni tutan Ueyn Runi 3 pillə irəliləyib. Ötən il 7-ci olan ingilis ulduz sərvətinin dəyərini 26 milyon artıraraq 84 milyona çatdırıb. Bu artıma səbəb isə onun "Mançester Yunayted"lə 5 ili əhatə edən, həftəlik 365 min avroluq müqavilə imzalayaraq İngiltərə tarixinə düşməsidi. 
5. "Real"dan "Milan"a qayıdan Kaka beşinci pilləni tutub. 2013-cü ildə sərvətini cəmi 2 milyon avro artıra bilən braziliyalı bir pillə geriləyib. İndi onun var-dövləti 82 milyon avro dəyərindədi.
6. Kakanı həmyerlisi Neymar izləyir. Yayda "Santos"dan "Barselona"ya transfer olunan ulduz bir il ərzində sərvətini 23 milyon avro artıraraq 80 milyona çatdırıb və 33-cü pillədən 6-cı yerə yüksəlib. Neymar siyahıda ailəsi ilə birikdə qərarlaşıb. Bu ayrı-seçkiliyə səbəb isə ulduz futbolçunun ailəsi ilə yaxın maliyyə münasibətlərində olmasıdı. Goal.com-un araşdırmalarına görə, "Barselona" Neymarın transferi zamanı onun özü ilə yanaşı, ata və anasına aid şirkətə də pul ödəyib. Bu səbəbdən Neymarlar siyahıya ailəvi şəkildə düşüb. 
7. "Barselona"nın keçmiş ulduzu Ronaldinyo ötən il sərvətinin dəyərini daha 5 milyon artırıb və 5-ci pillədən 7-ci yerə yüksəlib. Karyerasını vətəni Braziliyada - "Atletiko Mineyro"da davam etdirən "Roni"nin var-dövləti 78 milyon avrodu.
8. Enişli-çıxışlı karyerasını Eyfel qülləsinin "kölgəsində" davam etdirən Zlatan İbrahimoviç ötən ilki kimi yenə 8-ci pillədə qərarlaşıb. O, 55 milyon avroluq sərvətini 69 milyona çatdıra bilib. 
9. Siyahıdakı yeganə qapıçı olan Canluici Buffon il ərzində var-dövlətini ən çox artıran futbolçudu. "Yuventus"un qapıçısı ötən il 19.5 milyon avro ilə siyahının 45-ci pilləsində qərarlaşmışdısa, bu sərvət 43,5 milyon avro artaraq 63 milyona çatıb. 36 yaşlı qolkiperin bu qədər "artırması"nın səbəbi isə onun futboldan kənar sahələrə yatırım etməsidi. Buffon müxtəlif məhsulların istehsalı ilə məşğul olan şirkətdəki hissə payını 2 faizdən 54 faizə qədər artırıb. 
10. Karyerasını ABŞ-ın "Nyu Yror Red Bulls" klubunda davam etdirən Tyerri Anri siyahının 10-cu pilləsində qərarlaşıb. 36 yaşlı fransız 2013-də sərvətinə 9 milyon avro əlavə edərək 57 milyona çatdırıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər