Dünya ulduzu "Barselona"dan getdi - Şok qərar

Dünya ulduzu "Barselona"dan getdi - Şok qərar

Dani Alveş "Barselona"dan ayrılır. Fanat.az xəbər verir ki, bu barədə Kataloniya klubunun texniki direktoru Robert Fernandes açıqlama verib.

Klub rəsmisi bildirib ki, Dani Alveş komandanı tərk etmələ bağlı qərar qəbul edib və onlar bu qərara hörmətlə yanaşırlar: "Alveş getmək qərarına gəldi. Bu qərarı şəxsən özü verib. Ona hörmətlə yanaşırıq. Neymar isə komandada qalacaq. Uzun illər "Barselona"ya xidmət edəcək. Xavyer Maskeranonun da qalacağını düşünürəm".

Dani Alveşin "Yuventus"la anlaşdığı, transferin qısa müddətdə rəsmiləşəcəyi deyilir.

Qeyd edək ki, "Barselona" Dani Alveşi 2008-ci ildə "Sevilya"dan 35,5 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" saytı ona 9 milyon avro qiymət qoyub. 33 yaşlı braziliyalı müdafiəçi Kataloniya klubu ilə La Liqanın (6 dəfə), "Kral Kuboku"nun (4), İspaniya Super Kubokunun (4), Çempionlar Liqasının (3), Avropa Super Kubokunun (3) və klublararası dünya çempionatının (3) qalibi olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər