Dünya futbolunda tarixi addım

Dünya futbolunda tarixi addım

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu karyerasında görünməmiş bir yeniliyə imza atmağa hazırlaşır.

Fanat.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, təcrübəli hücumçunun da yer aldığı 5 nəfərlik nəhəng konsorsium "Əl-Nəsr" klubunu satın almaq üçün rəsmi danışıqlara başlayıb.

İnvestorlar qrupunda Ronaldu ilə yanaşı "Milan"ın sahibi olan "RedBird Capital"ın rəhbəri Ceri Kardinale də yer alıb. Layihə çərçivəsində konsorsiumun 5 üzvünün hərəsinin təxminən 100 milyon avro (ümumilikdə 500 milyon dollar) sərmayə qoyacağı gözlənilir.

Müqavilə rəsmiləşəcəyi təqdirdə, 41 yaşlı Ronaldu həm "Əl-Nəsr"in meydandakı lideri, həm də klubun həmsahibi olacaq. Yaxın 48 saat ərzində konsorsium nümayəndələri ilə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) arasında həlledici görüşün keçiriləcəyi bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər