Dünya futbolu yasda: "Qara inci" öldü

Dünya futbolu yasda: "Qara inci" öldü

Portuqaliya futbolunun gəlib-getmiş ən yaxşı oyunçusu Eysebio vəfat edib. Fanat.az xəbər verir ki, "Qara inci" ləqəbli əfsanə 71 yaşında dünyasını dəyişib.

Mozambik əsilli portuqaliyalı futbolçunun səhərə yaxın ürəyi dayanıb və bütün müdaxilələrə rəğmən onu xilas etmək mümkün olmayıb. 

Tam adı Eysebio da Silva Ferreyra olan əfsanəvi futbolçu 1942-ci ilin 25 yanvarında Mozambikin Maputo şəhərində dünyaya gəlib. Hücumçu mövqeyində çıxış edən Eysebio 1965-ci ildə Avropada ilin futbolçusu seçeilib. Bir il sonra o, Portuqaliya milli komandasının dünya üçüncüsü olmasında əsas pay sahibi olub və 9 qolla turnirin bombardiri adını qazanıb. Eysebio 1961-1973-cü illərdə Portuqaliya millisində 64 oyun keçirib və 41 qola imza atıb.

16 mövsüm (1960-1975) "Benfika"nın formasını geyinən mərhum futbolçu klub tarixinin ən çox qol vuran oyunçusudu. O, "Benifka" forması ilə 301 oyunda 317 qola imza atıb. "Benifka"nın heyətində 11 dəfə ölkə çempionlubunu və 5 dəfə kubokunu qazanan Eysebio 1961/62 mövsümündə Çempionlar Liqasının qalibi olub.

"Qara inci" ləqəbli futbolçu xüsusi ilə sürəti, gücü və dəqiq zərbələri ilə məşhurlaşıb. IFFHS onu XX əsrin ən yaxşı 9-cu futbolçusu elan edib. O, Pele tərəfindən 2004-cü ildə FIFA üçün hazırlanan "Yaşayan ən yaxşı 125 futbolçu" siyahısında yer alıb. 2003-cü ildə Portuqaliya Futbol Federasiyası onu son 50 ilin ən yaxşı oyunçusu seçib. Karyerası ərzində 745 matça çıxan Eysebio 733 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər