Dünya bu transferdən danışır - Mourinyo istədi

Dünya bu transferdən danışır - Mourinyo istədi

"Mançester Yunayted"in baş məşqçisi Joze Moruinyo "Arsenal"ın formasını geyinən Aleksis Sançesin transferini istəyib.

Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" yayda bu futbolçu üçün London klubunun qapısısını astronomik bir təkliflə döyməyə hazırlaşır.

Xəbərdə həmçinin bildirlir ki, "Mançester Yunayted" Sançesin transferi üçün PSJ və "Yuventus"la yarışa girə bilər.

Qeyd edək ki, "Arsenal" Aleksisi 2014-cü ildə "Barselona"dan 42,5 milyon avroya alıb. "Transfermarkt" hazırda çilili ulduza 65 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər