Donnarumma zədələndi - PSJ ÇL-də rus qapıçını oynada bilər

Donnarumma zədələndi - PSJ ÇL-də rus qapıçını oynada bilər

PSJ-nin qapıçısı Canluici Donnarumma Liqa 1-in 4-cü turu çərçivəsində "Brest"ə qarşı keçirdikləri oyunda (3:1) zədələnib.

Fanat.Az xəbər verir ki, informasiyanı Paris klubunun mətbuat xidməti yayıb.

25 yaşlı italiyalının ombasından xəsarət aldığı və 1 həftə bərpa prosesi keçəcəyi bildirilib.

Bu isə o deməkdir ki, yayda Fransa nəhənginə transfer edilən və hələ debüt imkanı qazanmayan rus qapıçı Matvey Safonov Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Jirona"ya qarşı oynaya bilər.

Qeyd edək ki, PSJ - "Jirona" matçı sentyabrın 18-də baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər