PSJ-nin qapıçısı Canluici Donnarumma iş yerini dəyişə bilər.
Fanat.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, italiyalı "çərçivə" qoruyucusunun xidmətində "Mançester Siti" maraqlıdır.
Xəbərə görə, MS artıq Fransa nəhənginə təklif də göndərib.
Qeyd edək ki, "Mançester Siti"nin əsas qapıçısı Edersonun İngiltərə təmsilçisindən ayrılmaq ehtimalı var.
Donnarummanın PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat