Donnarumma karyerasını Premyer Liqada davam etdirə bilər

Donnarumma karyerasını Premyer Liqada davam etdirə bilər
"Milan"ın qapıçısı Canluici Donnarummanın (Gianluigi Donnarumma) növbəti "dayanacağ"ı İngiltərə ola bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Premyer Liqa klubları - "Mançester Yunayted", "Mançester Siti" və "Everton" Donnarummanın transferində maraqlıdı. 21 yaşlı qolkiperin keçidi 55 milyon avro dəyərində qiymətləndirilir.
Canluici "Milan"ın yetirməsidi. İtaliyalı qapıçının "rossoneri" ilə müqaviləsi bu yay başa çatır.
Cari mövsümdə 26 dəfə meydana çıxan Donnarumma qapısında 33 qol görüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər