"Atletiko Madrid" baş məşqçisi Diyeqo Simeonenin yerinə yeni namizəd seçib.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.
Xəbərə görə, La Liqa təmsilçisi İspaniya millisinin sabiq çalışdırıcısı Luis Enrike ilə anlaşmaq niyyətindədir. Madridlilər mütəxəssisə 3 illik sözləşmə təklif etməyi planlaşdırırlar.
Ancaq "Atletiko" hazırkı çalışdırıcı Simeoneni istefaya göndərməyəcək. Luis Enrike ancaq argentinalı məşqçi mövsümün sonunda özü istefa verib gedəcəyi halda bu posta gələ bilər.
Röya