Dieqo Maradona “Telesur” üçün dünya çempionatının oyunlarını şərh edəcək. Fanat.az xəbər verir ki, Argentina yığmasının keçmiş baş məşqçisi jurnalist Viktor Moraleslə birlikdə analitik proqramı aparacaq.
Morales bu barədə “Buenos Aires Herald”a müsahibəsində deyib: “Biz Dieqo ilə birlikdə analitik veriliş aparacağıq. Bu proqram özündə futbolla siyasəti birləşdirir. Maradona ilə birlikdə futbolu şərh edəcəyimi öyrəndikdə özümü çox xoşbəxt hiss etdim”.
Fanat.az