"Yuventus" və Dibala arasında maaş problemi

"Yuventus" və Dibala arasında maaş problemi
"Yuventus" müqavilənin uzadılması ilə bağlı Paulo Dibala ilə danışıqlar aparır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, tərəflər arasında maliyyə məsələlərində fikir ayrılığı yaranıb. Dibala illik 15 milyon avro qazanmaq istəyir. A Seriyasında bundan daha çox maaş alan bir oyunçu var: Kriştianu Ronaldu (31 milyon avro).
Hazırda argentinalı futbolçu "Yuve"də ilinə 7,3 milyon avro qazanır. "Qoca sinyora" Dibalaya 11-12 milyon avro ödəməyə hazırdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər