Di Maria qərar verdi: "Yuventus"da qalır, ya gedir?

Di Maria qərar verdi: "Yuventus"da qalır, ya gedir?

Argentina millisinin üzvü Anxel Di Maria klubu "Yuventus"la bağlı qərar verib. 

Fanat.Az-ın xəbərinə görə, 35 yaşlı yarımmüdafiəçi "Qoca sinyora" ilə danışıqlar aparır. 

Məlumatı insayder Fabritsio Romano yayıb. Hazırda tərəflər arasında yeni müqavilənin şərtləri ilə bağlı danışıqlar gedir. 

Mənbə qeyd edir ki, Di Maria MLS və Türkiyə klublarının diqqət mərkəzində olsa da, o, "Yuventus"da qalmağı üstün tutub. 

Qeyd edək ki, vinger "Yuventus"a 2022-ci ildə PSJ-dən keçib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər