Deşamın yeni müqaviləsinin müddəti açıqlandı

Deşamın yeni müqaviləsinin müddəti açıqlandı

 

Fransa yığmasının baş məşqçisi Didye Deşam postunda qalacaq.

 

 

Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı Fransa Futbol Federasiyasının rəsmi saytı yayıb.

 

Mənbədə "xoruzlar”ın çalışdırıcısı ilə anlaşma müddətinin 2022-ci ilə – Qətərdə təşkil olunacaq dünya çempionatının sonuna qədər artırıldığı əksini tapıb.

 

 

 

Deşam Fransa yığmasını 2012-ci ildən çalışdırır. 51 yaşlı mütəxəssislə əvvəlki müqavilənin müddəti 2020-ci ilin yayında başa çatacaq.

 

Fransa seçməsi Deşamın rəhbərliyi altında 100 oyuna çıxıb, 65 qələbə qazanıb, 18 heç-heçə edib, 17 yenilgi alıb. Fransalı mütəxəssis ölkəsinin millisini 2018-ci ildə dünya çempionu, 2016-da isə Avropa ikincisi edib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər