Dənizli: "Futbolçuların bəzən həvəskar davranışı olur"

Dənizli: "Futbolçuların bəzən həvəskar davranışı olur"

Mustafa Dənizli AZAL-la oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın türkiyəli baş məşqçisi uşaq səhvlərinə yol verdiklərini deyib: 

"Mübarizə ilə bol olan oyun idi. Yaxşı oynadıq, qol imkanlarımız oldu, qalib gəlməli idik. Hesabda iki topla üstün idik, uşaq səhvlərindən 3 xalı itirdik. Yaxşı oynadığımızı düşünürəm, qalib gəlməli idik. Futbolçuların bəzən həvəskar davranışı olur. Qələbəni əldən verdiyimizə üzülürəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər