"Xəzər Lənkəran"ın baş məşqçi Mustafa Dənizli Elnur Allahverdiyevlə bağlı qərar verib. Fanat.az xəbər verir ki, türk mütəxəssis müdafiəçini komandaya qaytarıb.
Qeyd edək ki, yayda Con Toşak Elnuru komandadan qovmuşdu. Bundan sonra "Qəbələ"yə icarəyə verilən futbolçu bölgə klubunda 11 oyuna çıxıb və 944 dəqiqə oynayıb. Baş məşqçi Yuri Syominin komandada saxlamaq istədiyi Allahverdiyevin 2010-cu ildən oynadığı və 110 keçirdiyi "Xəzər Lənkəran"la yayadək müqaviləsi var.
Fanat.az