"Yuventus"un yeni transferi Anxel Di Mariya və Turin klubunun əfsanəsi Alessandro Del Pyero cərimə zərbələri üzrə yarışıblar.
Fanat.Az xəbər verir ki, klubun "Youtube" kanalı hazırda Los-Ancelesdə təlim-məşq toplanışında olan "Qoca sinyora"nın düşərgəsində yarışan argentinalı və italiyalı oyunçuların yarışını təqdim edib.
Təsadüfi deyil ki, hər ikisi əla cərimə zərbələri yerinə yetirməsi ilə tanınır.
Qeyd edək ki, Di Maria "Yuventus"a azad transfer kimi qoşulub və 2023-cü ilə qədər müqavilə imzalayıb. O, Turin təmsilçisində 22 nömrəli formanı geyinəcək.
Mirağa