Braziliya çempionatında bu gecə keçirilən "Atletiko Paranaense" - "Vasko de Qama" matçı yarımçıq dayandırılıb. Fanat.az xəbər verir ki, buna səbəb iki komandanın azarkeşləri arasında düşən dava olub.
Belə ki, bu gün Braziliya A Seriyasının son turunun oyunlarına start verilib. Liqanı tərk etmək təhlükəsi ilə üz-üzə olan "Vasko de Qama" 5-ci dəqiqədə Manoelin qoluna əngəl ola bilməyib və hesabda geri düşüb. Bundan sonra tribunalarda iki komandanın azarkeşləri arasında dava düşüb.
Polisin müdaxilə etdiyi olaylar sırasında futbolçular paltardəyişmə otağına qaçmağa məcbur olub. Asayiş keçşikçiləri aranı sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib. Onlarla insan yaralanıb. Xəsarət alanları stadiona enən helikopretlər xəstəxanalara daşıyıb. Matçın hakimi qarşılaşmanı dayandırmağa məcbur olub.
Fanat.az