Daha bir yarımmüdafiəçi "Barselona"dan gedir

Daha bir yarımmüdafiəçi "Barselona"dan gedir

Andre Qomeş "Barselona"nı tərk edəcək. Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, ötən yay "Valensiya"dan transfer edilən yarımmüdafiəçi yeni baş məşqçinin - Ernesto Valverdenin gələcəklə bağlı planlarına daxil deyil.

Qomeşlə "Yuventus" və "Mançester Yunayted" maraqlanır. "Barsa" rəhbərliyi əsas heyətdə möhkəmlənə bilmədiyi üçün tez-tez tənqidlərə tuş gələn Portuqaliya yığmasının üzvünü 35 milyon avroya satmaq niyyətindədi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər