"Yuventus" "Arsenal"ın gənc ulduzu Hektor Bellerini transfer edir. Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" qəzeti məlumat yayıb.
İddia olunur ki, Turin klubu sağ cinah müdafiəçisi üçün 65 milyon avro ödəməyə hazırdı. 22 yaşlı futbolçunun özünün də "Yuventus"a keçmək istədiyi deyilir.
Qeyd edək ki, "Arsenal" Bellerini 2011-cü ildə "Barselona"dan cəmi 500 minə alıb. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub. Futbol cari mövsümdə 27 rəsmi oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az