Daha bir idman saytı - "News-goal.com"

Daha bir idman saytı - "News-goal.com"

Son vaxtlar futbol mediasında “sayt açılımı” səngimişdi.

Lakin bu sükut həmkarımız Səxavət Salmanlı tərəfindən pozuldu. Bundan sonra www.news-goal.com ünvanında həm yerli, həm də dünya futboluna geniş yer veriləcək "News-goal.com" saytı fəaliyyət göstərəcək.

Peşəkar kollektivin çalışdığı saytda Azərbaycanda ilk dəfə "Fantasy Football" oyunu oynamaq mümkündür.

Saytın yaradıcısı bildirdi ki, indiyədək "Fantasy Football" oyununda qalib olan iştirakçılara 600 manatdan çox mükafat verilib. Növbəti mövsümdə "Toyota Corolla" avtomobili uduşa qoyulacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər