Daha bir futbolçunun müqaviləsi üzə çıxdı - ilginc şərtlər

Daha bir futbolçunun müqaviləsi üzə çıxdı - ilginc şərtlər

"Football Leaks" daha bir futbolçunun müqaviləsini yayımlayıb. Fanat.az xəbər verir ki, sayt bu dəfə Angel Di Marianın transferi zamanı "Real"la "Mançester Yunayted" arasında imzalanmış anlaşmanı ələ keçirib.

Məlum olub ki, "Real" argentinalı ulduzu satarkən onun "Barselona"ya keçməsini çətinləşdirib. Belə ki, "Kral Klubu" bununla bağlı müqaviləyə xüsusi maddə saldırıb. Həmin maddəyə əsasən "Mançester Yunayted" Di Marianı 2015-ci ilin yayından tez La Liqa klublarına satacağı halda "Real"a 50, 2016-nın yayından əvvəl satacağı halda 40, 2017-nin yayından öncə satacağı halda isə 30 milyon avro ödəməli idi.

"Barselona" məsələsində isə bu maddə daha da sərtləşir. Belə ki, "Mançester Yunayted" hansı ildə olursa-olsun, Di Marianı "Barselona"ya satdığında "Real"a 30 milyon avro ödəməli idi. 

2014-cü ildə 59,7 milyon funt-sterlinq "Mançester Yunayted"ə satılan Di Maria bu mövsümün əvvəlində 44 milyon funt-sterlinq qarşılığında PSJ-yə keçib. Beləliklə, "Real"la "Mançester Yunayted" arasındakı müqavilə qüvvədən düşüb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər