"Sumqayıt"dan ayrılan Nurlan Novruzov ölkəni tərk edib. Fanat.az xəbər verir ki, müqavilə ilə "Bakı"ya məxsus olan futbolçu hazırda Türkiyədədi.
Belə ki, Nurlan hazırda “Fəthiyəspor”da baxışdan keçir. Davud Kəriminin formasını geyindiyi PTT 1-ci liqa təmsilçsi futbolçumuzla bağlı yaxın günlərdə qərar verəcək.
Qeyd edək ki, Nurlan "Sumqayıt"ın heyətində 16 oyun keçirib və 1 qol vurub.
Fanat.az