Daha bir futbolçumuz Türkiyə klubundan ayrıla bilər. Fanat.az xəbər verir ki, Saşa Yunisoğlunun "Dənizlispor"dakı taleyi sual altına düşüb.
Türkiyə mətbuatının məlumatına görə, futbolçumuzla yanaşı, Dayan Simaç və maaşının azaldılmasına razı olmayan Kahenin komandadakı taleyi qeyri-müəyyəndi. Hər üç futbolçu ilə yollar ayrıla bilər.
Qeyd edək ki, Saşa Dənizli klubunda 14 oyun keçirib və 1260 dəqiqə oynayıb. "Dənizlispor" "Sivasspor"dan millimizin üzvü Cihan Özkaranı icarəyə götürməyə hazırlaşır.
Fanat.az